Holms Bar

Bir az martini.. yox, yox koteyl olsun!
Nə var e bunda ? Mən içib sərxoş ola bilmərəm ?
Siqaretimi də yandıracam bir barda oturacam.
Ora gələnləri tamaşa edəcəm.
Bütün günü deyingən şefindən qaçıb evə getmək istəməyn işçilər,
Küncə çəkilib ahəngdar həzin musiqidə ən gözəl fantaziyasını işə salan təsadüfi iş adamı,
Bir qız, orta yaşlı kişi, cavanlığından ayrılmaq istəməyən qoca, bir də futbol şərfi taxan oğlan.
Bir az boşluq var burda. Heç kim heç kimə qarışmır. Hər kəs öz dünyasında...
Necə də gözəldi deyil mi ?
İçəcəm.. Gedəcəm o lənətə gəlmiş Avropaya.. Mançestrdə düşəcəm..
Calm Street`dəki o Holms Bar`a girəcəm..
Bir viski sifariş edəcəm amma.
Siqaretimi də yandırıb, oturacam...
Qarışmıyın mənə!
Fantaziyalarımla işiniz olmasın!

0 comments: