Dünən öldüm..
Öldürdüm dünən özümü.
Tüpürdüm dünən.
Mənliyimə tüpürdüm.
Ürəyimi axtardım dünən,
Cəsarətimi axtardım …
İnsanlığımı axtardım
heç olmasa
hisslərimi qaytarım deyə..
Sevmək istədim
Sillə yedim, təpikləndim,
Tüpürüldüm,
Qovuldum,
Söyüldüm dünən..
Özüm qəbul etmədi özümü.
Qürurmuş səbəbi.
Aldanmaqmış bəhanəsi.
Yenə yıxılmaq qorxusuymuş.
Mən də tüpürdüm özümə
“ Qorxaqsan!
İkiüzlüsən!
Alçaqsan – dedim -
sən də hisslərini aldatmadın?
Neçə qürur tapdaladın bəs? ”
Səsini kəs!
Otur yerində dedi özüm özümə.
Dözə bilmədim.
Atdım özümü.
Öldürdüm..
Dünən öldüm.
Öldürdüm dünən özümü.
Tüpürdüm dünən.
Mənliyimə tüpürdüm.
Ürəyimi axtardım dünən,
Cəsarətimi axtardım …
İnsanlığımı axtardım
heç olmasa
hisslərimi qaytarım deyə..
Sevmək istədim
Sillə yedim, təpikləndim,
Tüpürüldüm,
Qovuldum,
Söyüldüm dünən..
Özüm qəbul etmədi özümü.
Qürurmuş səbəbi.
Aldanmaqmış bəhanəsi.
Yenə yıxılmaq qorxusuymuş.
Mən də tüpürdüm özümə
“ Qorxaqsan!
İkiüzlüsən!
Alçaqsan – dedim -
sən də hisslərini aldatmadın?
Neçə qürur tapdaladın bəs? ”
Səsini kəs!
Otur yerində dedi özüm özümə.
Dözə bilmədim.
Atdım özümü.
Öldürdüm..
Dünən öldüm.
3 comments:
Biz xamımız kiminsə gözündə ölüyük, və hamımız kiminsə gözündə yaşayırıq və əbədi olaraq yaşayacağıq. Əsas öz gözümüzdə ölməməyimizdi.
Forumda da azəbaycanca yaza bilməzsən Topolina?Başa düşmürəm yazdığını e.Az-ya məqalə super idi.Düzdür hər dəfə sənin yazıların üzündən mən nəyisə bəyənmirəm.Bəyənmirəm deyəndə ki bir fikiri.O da ki hər kəsə nifrət və ... .Amma super yazırsan həqiqətən.
И тута притензии. Ндэ... тяжелый случай.
Post a Comment