MY DCMBR # 18

Yenə tək, yenə kimsəsiz..

atsız şeir

Seninle coxdan tanisiq
Atillanin ordusunda
ciyin ciyine
doyusmusuk
Atlarimizi otarmisiq eyni
dagin yamacinda
seninle coxdan tanisiq
eyni kitabin iki qehremani
eyni sheirin iki qafiyesiyik
seninle yuxusuzlugu
seninle olumsuzluyu paylasmisiq
Usta

MY DCMBR # 17

heç kəs gəlməsin! heç kəs gəlməsin!
qoy qalım tək məən.. qoy qalım tək mən..

MY DCMBR # 16

happy birthday mother.. miss you..

MY DCMBR # 15

inam və inamsızlığı ayıran tək bir şey səhv atılmış addımdı.
səhv atılmış addımı düz və ya səhv başa düşmək isə inam və ya inanmsızlığı yaradır.
səni yalanların içindən seçmişdim, gerçəkliyinə inanmışdım..
mənə inanmadığın hər dəqiqə inamımı azaldır.

Happines Story

MY DCMBR # 14

"Prensesle Prensin Bitmeyen Mutluluk Masalı"

The Bubble Project


Çağdaş dövrün reklam "terrozimi"nə qarşı atılmış kreativ addım.
Dizaynda da əla element kimi ön plana çıxan "bubble"ı
bu cür istifadə etmək nəyə görə mənim ağlıma
gəlməyib deyə özümü söysəm azdı =)

BEERISM

GS 4:2 BJK

oleeeyy!...

MY DCMBR # 13

Другие берега,
там, где каменный пляж,

там заливы смотрят на север,
Женщина лёд придет и к тебе,
когда другие берега станут теплее,
Они молчат в эту снежную ночь,
дома спрятал белый бархат метели,
Мир стал большим, но таким добрым,
и нам казалось, мы всё успеем.
Аssai

MY DCMBR # 12

" parmak uçlarıma kadar sen varsın ! "

Woman & Smoking #5

by Tonino Donato

Razıyam,
Siqaret çəkmək sağlamlığa zərərlidir,
Dünyada hər gün neçə insan siqaret asılılığından
yaranana xəstəlikdən ölür,
və s. və i.

Amma siz də Razılaşın,
Siqaret çəkən qadın qədər cəlbedici
ikinci bir qadınola bilməz.

Yenə Tək

Səni çəkdim göz yaşımla ağ vərəqlərdə,
Günəşimi qaytar sevgilim!
Dalğalar dalaşır yenə küləklərlə,
Yol uzun, gücüm az, ev uzaq, hava buz.
Üfüqüm bəzənir qara şəfəqlərlə,
Ovucumda yaralı keçmişim.
Bir gecə uçacam qara qanadlarla,
Gedəcəm qalacaq nə izim, nə tozum!
Məni qızdır titriyən əllərində,
Anasından küsmüş uşaq kimi.

Ağlıyım bir az, ağlıyım.
Başımı qoyum dizlərinə,
Olsun döşək kimi.
Zəhərəm şirin etməz bal məni,
Sevgilim gedirəm yola səl məni!
Bir gecə xatirə rəflərində unudub özünü,
Yada sal məni!
Süzülür ruhuma yenə sərin payız,
Gölməçə beşiyim, bələyim xəzan.
Həyatım ocağa atılan kağız,
Sən mənim günahım mən sənin cəzan!..
Gəmilər öskürürdü tüstülərlə,
Bu gecə yenə tək qalıb Qaraqan..

Məni sevdir, sənə sevdir!
Həyat onsuz da bizsiz də çox kədərlidir!
Sevirəm de mənə yalandan,
Mən də sevirəm deyəcəm yalandan!


Ruhum isinərdi görəndə üzünü,
Əriyərdim dözümsüz şam kimi.
Yağışlar yağanda, damlalar ilə
Elə bil yaxın dost olmuşam kimi.
Sevgin minmədi qara qatarlara,
Qaldım qatarda tənha sərnişin.
Əl isinmədi sənin soyuq əllərində,
Amma istəmirdim başqa əldə isinsin!
Yağ quru həyatıma leysan kimi,
Quru gəlibsə qupquru getməsin.
Yağ qara sevgimə bəyaz qar kimi,
Qara gəlibsə qapqara getməsin!
Mənsiz həyat olar sənə bir az dar kimi.
İstiyirəm sevgi göz yaşıyla itməsin.
Ağla mənim üçün o biri qızlar kimi,
Sevgim çoxalsın göz yaşıyla bitməsin!

Tökülür üzümə yenə sərin yağış,
Buludlar günahsız, küləklər coşan!
Ümidlər həyata edilən qarğış,
Sən mənim ilhamım, mən şeir qoşan.
Hisslərim qışqırırdı kağızlardan,
Onlardı bağıran ErranT susan..

Məni sevdir, sənə sevdir!
Həyat onsuz da bizsiz də bil ki çox kədərlidir!
Sevirəm de mənə yalandan,
Bir gün xoşbəxt olaq yalandan!

MY DCMBR # 11

- Usta, qar istəyirəm! Belə dekabr olmaz..

***

- Qar yağır e çöldə..
- Nə?!..

***

Bu gün gəldin..

Görüşə çıxdım səninlə. Çox sərt idin. Sanki əvəz çıxırdın məndən. Buz küləyinlə üzümə sillələr vurub, qar damlalarınla incidiyini göstərirdin mənə.

Düz deyirdin. Mən o mən deyildim. Küləyi sürətləndirib əlimdə siqareti söndürmək istəyirdin. Kapüşonumu inadla başımdan çıxararaq səsini daha yaxşı eşidim deyə havanı daha soyuq edir, ayıldırdın məni.

İncimişdən məndən. Çox dəyişdiyimə görə. Mən də səni qısqanırdım mənə qədər gəzdiyin ölkələrdə yağdığın damlara, evlərə, küçələrə, ölkələrə...

***

Это были не те манеры. Это был не тот я. Да, признаюсь - я уже не тот человек. Но ты тоже не та декабрь которую я встречал босиком с первым снегом у нас во дворе...

Ты знаешь как я скучал? Скучал как бездомная собака по хозяину. Скучал как маленький ребенок по обятию матери.

Скучал днем, скучал ночью..

***
Bir az ayrıldın qırağa çəkilib, xiyabandakı şəhidlərin məzarını üşütməyə başladın.
Mənsə sənə baxırdım uzaqdan. İllərlə sevib yaxınlaşmağa cürət etmədiyim qız baxdığım kimi.

***

Çok tuhafdı biliyormusun.

Salaktık, sen de ben de. Karın zamanı değildi. Dışarıda acemice dolaşmanın da zamanı değildi.

Boşversene. Umrumda değil biliyorsun..
Uykusuz geceyle aşka dal, tam ortasında uyuya kal – diyor evliyya..

“…
Hüzünümün yüzü gülsün, ahvalim suskun, dokunan bana mendil tutsun..
Beyabanım fırtınan beni kavurur, göz yaşım kum olur dağılır kumuna tozuna karışır,
Bir az merhemet eyle! Etme, eyleme…”
S.K.

***

Как я хотел.. Хотел что бы меня признали виновным..

Виновным в том что я любил.
Нет друзей, нет брата, нет сестры, нет любимая..

Я совсем одинокий, я бездомный, я уличный, но не дворовый..

***

Qal buralarda.. Buraxma məni..

MY DCMBR # 10

Reallıqla yaşamağı bacarmalıyam ? Tüpürüm bu reallığa. Əgər cəmiyyətin süni yaşama qaydaları reallıqsa mən hələ yuxumu uzatmaq istəyirəm. Get ol o cəmiyyətin bir üzvü. İstəklərinin yox, başqalarının streotiplərinin qulusan. Mən acizəm. Sən məndən də aciz.

Ne hakla yarımı benden aldın haa ?!

siqaret

Shaver

A small shaver can make you a huge difference.

MY DCMBR # 9

this is my time of the year...

MY DCMBR # 8

Heç nə istəmirəm. İnanmıram da.
Nə sevgi, nə sevgili.

MOTOGUZZI


evimin yanında
şöle bir motorumda olsun,
ona göre..

b

MY DCMBR # 7

Sahil.. Boş sahil.. İnsanlar.. İnsanlar yoxdu. O murdar insanlarsız təmiz sahil..
Darıxıram... Yenə təkəm.

Ev

by J.Mayer

bunu isterim!
fazla mı oldum acaba?

MY DCMBR # 6

Bəzən yuxudan ayıldığının fərqinə varmaq kimi gzəl bir hiss yoxdu.
Vaxtında mənzibaşına çatmaq, vaxtında işləri görmək, vaxtında sevmək, vaxtında ölmək.
Kaş lazımi vaxta yaşayardıq. Boşlaşmış, bozlaşmış vaxtda yox.

MY DCMBR # 5

Gecələri yata bilməməklə, yatmamaq məcburiyyəti arasında qalmaq.
Səninlə keçirdiyim hər gecənin öz dəyəri var. Parlaq gecələrini, ayazlı səhərlərini.
Küləyini və şehini, ciyərləri titrədən havanı.
So far and so close.. this is my december..

MY DCMBR # 4

Yorğunam. Çox. İçimdəki sirrlərdi məni didən.
Onu unutmaq həvəsimdə ürəyimdə qaldı.
Bu oyunda cığalbazlardan bezmişəm artıq.
Ölümü düşünürəm, etirazlarım son həddi çatır..

iPod Shuffle


Хочешь музык новых самых?
yox, iPod istədim aldım..

EycOuEsTi

3 gündə iki çıxış. 26-da qədər bir neçə də çıxış olsa, gözlənilən nəticələri daha tez əldə etmək mümkündü. İndi qalır gözləmək...
qara qarğalara yox meydan?

MY DCMBR # 3

qar istəyirəm, səni istəyirəm..
çox darıxmışam.. özü də çox..
bu gün ikinci gün başlayır..
həsrətdə qaldığım günlərin əvəzini çıxmaq istəyirəm..
hələ də qoyub getdiyin kimiyəm. dostum kim düşmənim kim seçə bilmirəm..
dəyişə bilmirəm. nə özümü nə də başqalarını.

MY DCMBR # 2

and i give it all away
just to have somewhere to go to
give it all away
to have someone to come home to

Viva La Evoluçion!

18$ @ BustedTees

looks like: Vebzin

tualet

tuvalet lan burası!

Nihilizmin başladığı nöqtə

HAŞİYƏ:
Hiççilik, Nihilizm veya Yokçuluk //
19. yüzyıl ortalarında Rusya'da özellikle genç entelektüel kesim arasında taraftar bulan bir felsefî yaklaşımdır. Latince nihil (hiç) sözcüğünden türetilen Nihilizm, herşeyin anlamdan ve değerden yoksun olduğunu savunan felsefi yaklaşımdır. Nihilistler genel olarak tanrının varlığını, iradenin özerkliğini, bilginin imkanı, ahlakı ve tarihin mutlu sonunu red ederler.

Нигилизм (от лат. nihil — «ничего») //
Философская позиция, которая ставит под сомнение общепринятые ценности, идеалы, моральные нормы, культуру, все формы общественной и государственной жизни. Нигилисты утверждают некоторые или все из следующих:
- нет разумного доказательства наличия высшего правителя или создателя
- «реальной нравственности» не существует
- объективная светская этика невозможна, поэтому жизнь, в определенном смысле, не имеет истины, и никакое действие объективно не предпочтительнее любого другого.

Nihilism (from the Latin nihil, nothing) //
- is a philosophical position that argues that existence is without objective meaning, purpose, or intrinsic value. Nihilists generally assert that objective morality does not exist, and that no action is logically preferable to any other in regard to the moral value of one action over another. Nihilists who argue that there is no objective morality may claim that existence has no intrinsic higher meaning or goal. They may also claim that there is no reasonable proof or argument for the existence of a higher ruler or creator, or posit that even if higher rulers or creators exist, humanity has no moral obligation to worship them.



Hərdən oturub fikirləşirsən. Ya da yolda gedəndə. Ətrafındakı insanlara baxırsan. Maşının siqnalını var gücüylə "minən", yol vermədiyi üçün sürücünün söyən, uşağının qulağından çəkib yolu keçirdən, marşurutda oturub burnunu eşən, bərbərxananın qabağında qızlardan söhbət edən, qulağındakı musiqiylə öz dünyasında olan, eyvandan baxan və s. və i. ..
Biz bu dünyaya niyə gəlmişik?
Bu çərx bizi hara aparır?
Niyə doğuluruq və yaradırıq?
Niyə məhv edirik və əfv edirik?
Niyə sevirik və söyurük?
Niyə fikirləşirik və inanırıq?
Niyə və nəyə ümid edirik?
Hardan gəlmişik və harda dayanmalıyıq?

Bəlkə bizim dayanacaq çoxdan ötüb, bizdə metroda yatıb qalmış evszilərdənik?
Bizi yaradanlar hardadı?
Niyə qəlbimiz bizi idarə edir?
Niyə içimizdəki eqolardan nifrət və qısqanclıq çıxır?
Bu dünyadakı məqsədimiz nədi?

Dindar yoxsa allahsız olmaq?
Kommunist yoxsa nasist olmaq?
İdealist yoxsa materialist?
Realist yoxsa pessimist?
Bəlkə xəyalpərəstlikdə tapılmalıdı bütün mənalar?
Hara aparır bizi başımızdakı massonlar?

Dünya iqtisadiyyatı, qloballaşma, seks, narkotik, MTV, qara prezident, Bush, terrorizm, Fürer, Lomonosov, Che və Maradona, Somali qaçqınları, Kuba narkodillerləri, Fidel Kastro və Putin, hətta Saakaşvili, Osetiya, Çeçenistan və Kataloniya, PKK və Əl-Qaidə, ANS və Əl-Cəzirə, ATV və МузТВ, Merilin Monro və Merilin Menson, PinkFloyd və TokioHotel, Emo və Vəhabilər, , reklam çarxları və maqazin jurnalları, silikon sifətlər və tikilən binalar, tozlu küçələr, transvestitlər, HOST`a pənah gətirən homoseksualistlər, semiçka satan xalalar, Yevlaxdan gələn qaraçılar, avanqardçılar və dalğaçılar, Manqo və LTB, Levi`s və Kurtlar Vadisi corabları, rusca danışmaq istəyən azərbaycanlılar, öz dilində danışmaq istəyən rus dillilər, bu forumda qızlardan PM yoluyla MSN istəyən “HOSTçu”lar, Nurçular və Anti-Nurçular, Abdullah Gülen və Barack Obama, mənimlə tanış olmaq istəyən qızlar və əsl adımı tapa bilməyənlər, adsızlar və arsızlar, işıq ili, təyyarə və raket, kosmos və qalaktika, ondan da yuxarıda Qara Deşik... bəs sonra ?

Sonra nə var?
Nəyi dərk edə bilmirik axı?
Niyə beynimizin heç 5%-i də işləmir?
Niyə mələklər yerə enmir?
Niyə fahişəni söyənlər ona 50 manat verir?

Hanı bu sualların cavabı? Allah niyə gizlədir ki, yolladığı kitablardakı səhvləri?
Bəsdir artıq.. Dözə bilmirəm.

Nə iPod istəyirəm, nə MacBook, nə qız istəyirəm, nə Lexus, nə də öz reklam bürom olsun, nə taxtabaş qohumlarım, nə özündənrazı dostlarım, Altes Plazada üç otaqlı mənzil də istəmirəm, Nike da maraqlı deyil, Coca-Cola`da, nə bahalı ətirlər, nə bahalı restoranda yeməklər, nə başqa ölkələr, nə internet, nə MSN, nə də bloq yazmaq.

Kaş dağ başında yaşayan cahil bir çoban olaydım.
Televizorsuz, tüfəngsiz, ekeltriksiz, ADSL`siz, seriallarsız, dollarsız, avrosuz, AZN`siz...
Yuxarıdakı suallardan xəbərsiz, sadəlövh və gülərüz.
Heç olmasa məni otarmazdılar qoyun kimi, mən otarardım qoyunlarımı.


sokak edebiyyatı

gelcem deyip gelmeyenler hakkında polise suç duyurusunda bulunulacaktır.

a

21$ @ Ugmonk

sevirəm tipoqrafiyanı!
i love typography!

Həryerdəliyevlər

by zoban r

Türkiyə / Kireçburnu

Eternal Sunshine of the Spotless Mind


Dalaşırsan, qırışırsan, didişirsən, boğuşursan,
söyürsən, bezirsən, atırsan, ayılırsan və
həyatından kəsib atırsan.
Həyatımdan kəsib atmaq istədiyim insanlar var.
Amma onunla yaşadığım o xatirələri bir daha yaşamaq
naminə olsa belə yuxarıda sadalananları da bir daha yaşamağa
hazıram...

Bəlkə də hər şeyin gözəliyi elə budu.
Bəlkə də yaşananların hamısı, yaşanacaqlardı elə.

Uşaqlıqda ən sevdiyim aktyorun yenidən
mənə bu qədər təsir edəcəyini düşünməmişdim.
Cim Kerri - melodramma.
İnanılmazdı, amma superdi.
Eternal Sunshine of the Spotless Mind.
Heyif ki gec baxdım.

External Link: » IMDb Profile


Obbuş

Usta says: Obban alə!

London

Hərdən başını götürüb getmək istəyi yaranır.

Üç-dörd həftədir tanıdığın bir qızla harasa Avropaya.. İngiltərə, ya da oralara bir yerə.. Mmm.. Londona məsəlçün, qaçmaq istəyirsən. Səni qəfəsdə saxlayıb, əl qolunu bağlayan bu cəmiyyətdən və ölkədən sürgün/mühacir/qaçqın/köçkün olmaq istəyirsən. Heç arxana belə baxmaq istəmirsən. Nə anan, nə qardaşın, nə bacın, nə dostların, nə də vaxtilə sevdiyin qız, nə də ki başladığın iş/məşğuliyyət/planlar səni ayırmaq istəmir bu fikirlərindən..

Köçmək istəyirsən birdəfəlik. Gedib lap ortabab britaniya ailəsindən biri belə olmağa razısan. Bilirsən ki, getsən belə 10 il sonra reklam bürolarından birindən cansıxıcı büro işində ayılacaqsan ki, artıq iki uşağın və onların tərbiyəsinə özünü həddən artıq aludə etmiş arvadın işdən sonra sənə köynəynin çirkli olduğunu, özününsə çimməli olduğunu deyir. Və sən həmişə lançdan sonra, eləcə də işdən çıxan kimi, Maykl, Con ya da Smitlə - güya ki sənə artıq yeni dost olan bu adamlarla pub`lardan birində oturub pivə içirsən və yerli komandanın iki gün əvvəlki oyununu müzakirə edirsən. Oradan da tipik avropalı maşınlarından biriylə - park etməsi rahat, balaca və ailə maşını adını qazanmış, Ford, Volvo ya da Mercedes`lə evə qayıdırsan. Evdə sənin danışdığın Azərbaycan ləhcəsi, məktəbdə isə içi fuck və shit`lərlə dolu olan British English`i əla mənimsəmiş oğlun və balaca qızın var. Onların sənin uşaqlığından xeyli fərqli hərəkətləri/danışıqları/sualları səni bir anlıq geriyə qaytarır. Vaxtilə atıb gəldiyin ölkəni illərdi yadına salmadığın valideyinlərini/qohumlarını görürsən o uşaqlarda. Adını Vətən qoyub, borclu hesab etdiyin yerin ətri çəkir səni geriyə. Qayıtmaq istəyirsən. Bilirsən ki heç nə dəyişməyib. Nə insanları, nə heyvanları. Sadəcə uşaqlıqda qardaşı üçün darıxan və milçək olub bir gözlə olsa belə uzaqdan seyr etmək istəyən cocuğa dönürsən. İçindəki nostlaji hissləri daim yaşamaq istədiyin Avropa dejavüsünü çoxdan üstələdiyini dərk edirsən.

Sən Avropalı doğulmadığını anlayırsan. Sənin torpağa nə qədər bağlı olduğun yadına düşür.

Köçəri millətin məmləkətsevər insanı. İnsancığı. İtirmək və itirilmək qorxusundan heç vaxt azad olmayan. Üsyanları daim özünə yönələn bir asi könül xəstəsi. Sən son Heineken`i də başına çəkib, uşaqlarının başını tumarlayırsan. Güzgünün qarşısına keçəndə isə artıq orta yaşlı, qarınlı, üzü köklük və oturaqlıqdan çəhrayı rəngə çalan, saçları ağarmış, cins və köynəkdə bir kişi görürsən. Gülürsən ona. Düşünürsən ki, bu sənin xəyaledəbiləcyin adamdı əslində.

Ən çox bezdiyin günlərdə olmağına razılıq verdiyin insan tipajıdı. O an 7 yaşında havasını udduğun dağların sərt küləyi əsir qulağına. İçindəki hiss ürəyini yarpaq kimi titrədib, bütün tüklərini biz-biz edir. Sən ya yaşadığın hissədən, ya sevincdən, ya kədərdən, ya da darıxmış uşağın qorxusuna bənzəyən bir şeydən kövrəlməyə başlayırsan. Ayılırsan ki, pilləkənin dibində oturub ağlayarkən vaxtilə hər şeyini qəbul etidiyin qız artıq Azərbaycanlı simasından çox uzaq bir qadın olub səni “Yenə darıxdın?” sözləriylə reallığa qaytarır. Sulu gözünü silib, ona yalandan nəsə deyib, keçirsən yataq otağına. Yatana qədər eyni şeyi fikirləşib, sənlə eyni yatağa baş qoyan bu qadının suallarına dəxilsiz cavablar verib yuxuya gedirsən. Və yuxunda qaçdığın günə qayıdırsan. Ayılmaq istəmirsən.

Ancaq ayılıb baxırsan ki, saat 03:05`də bitirdiyin bu mətn, Dido`nun mahnıları altında Vörd səhifəsinə köçürdüyün hisslərdən başqa bir şey deyil.

Siqaret çəkib yatmağa qərar verirsən.

External Link: » London

PMML! v.2


Море
обнимет
закопает в пески
Закинут рыболовы лески
Поймают в сети наши души

Прости Меня Моя Любовь!

Поздно
о чем-то думать
слишком поздно
Тебе я чую нужен воздух
Лежим в такой огромной луже

Прости Меня Моя Любовь!

Джинсы
воды набрали
и прилипли
Мне кажется мы крепко влипли
Мне кажется потухло солнце

Прости Меня Моя Любовь!

Тихо
не слышно ни часов
ни чаек
Послушно сердце выключаем
И ты в песке как будто в бронзе

Прости Меня Моя Любовь!

Beauty #2


Hər bir gözəl qadının arxasında
mütləq kişi amili durur.

CS4

Test:
1, 2..
Drop Shadow..
Text..
Lasso Tool..
You know, wht da fuck?

Sabun

Çağdaş dövrün çağdaş sabunlarını qəbul edə bilmirəm.
Nədənsə həm işdə, həm də dostumu bizə evə hədiyyə
gətirdiyi maye sabundan diksinirəm.
Bəlkə də konservativ xaraketrimdən irəli gəlir,
Amma normal/bildiyimiz/həmişəki sabunun yerini
heç nə verə bilmir.
Şampunvari sabunlara son!

MY DCMBR # 1

i dont want any girl hurt me
i dont want any girl to love me
i dont want somebody to come on to
i dont want any girl left me
come on my dear..
come over my december..

hər dəfə səni 12 ay gözləmişəm..
məni tərk edənləri yox, hər dəfə sənin üçün darxımışam..
ayrılımağımı unutdum,
sənin gələcəyin günü gözləyirəm..

Note # 1

No Age, No Limits!

Derby ?

"Fənər" udmadı,
"Qalatasaray" uduzdu..
Sami Yen`de görüşürüz,
Siz küme düşmeyin de...

Woman & Smoking #4

Britaniyalı qadınların özünəxas xarakterləri arasında
siqaret çəkmə və pivə içmək də var.
Amerikalılardan fərqli olaraq pivə içmək
onların qarın nahiyəsinə o qədər də təsir etmir.
Hər halda, onların geyim tərzi də,
hərəkətləri də "elitte miss" tipajından çox fərqlənir.
Sadə və gözəl.

Space TV

" kor xoşbəxtlər "cənnət"inizə qara qarğalar gəlir!"

Benfica 0:2 Galatasaray

Benfica`yı boşver sen,
9 Kasım`da zafer yaşat bize!

Recycle Me

from uneetee

Woman & Smoking #3




original from jfraiss

Əynində diqqət çəkici rəngdə don,
bir əlində çətir, bir əlində siqaret,
dik daban ayaqqabılar,
və böyük çantayla
özündənrazı addımlar.
+ yağış

Qadın obrazını bu auradan başqa
heç nə bu qədər gözəl izah edə bilməz..


Rebel #1

back! back! back! back! back! back!
уйди я сказал!
ну уйди, ну..

Wink

bir az sağa, bir as sola..
hə bax beləə..

Session

- Sağa bax.. Bir az aşağı..
- İndi göz vur, bir az sola..
- Emosiya! Emosiya!..
- Təbiilik! Gül!.. Ay sağol..
- Arxa fon necədi?
- İşıqlandırmada problem var deyəsən?
- Sarı uyğun gəlir? Bəs sırğaları necədi?
- Sənin rəngin uyğun gəmir elə bil?
- Bir az dincəlirik...

Fotosessiyanın da öz problemləri var.

ГREX

dözə bilmədim yoxsa nə?
istədim yoxsa nə?
qorxdum yoxsa nə?
mudlo alnuno nəm amma mərimlib

Küçələr #5

original by autumnpoem

Woman & Smoking #2

original by Pensiero


Qadınların bu cür siqaret çəkməsini çox sevirəm.
İki əsas barmağın ən üst hissəsinə bərkidilən siqaret
onların daha eleqant və nəcib görünməsinə şərait yaradır.
Ecazkar bir görünüş alınır.
XX əsrin əsas dəb tərzlərindən biri.

Kirlenmek güzeldir

Mud run by cjbreil

Galatasaray 3:1 Gaziantepspor

ulan Galatasaray sende bir iş var
ama bakalım ne?

Al Capone


Nice logo for a not so nice man.
The Al Capone design is
by norwegian-based
Stationery System
and have created a simple
and beautiful logo with minor customization
of type, the bullet, and fragments.
I’m a bit confused as two
why it’s being used on a boat
but because it’s so fantastic,
I don’t care. They could put it on a trash can
and I would still love it.
FAYE+Co



Spaghetti


original from gƨd

sevdiyin yeməyi sevdiyin dizaynda görəndə
axşam mütləq o yeməyi yeməyə qərar verirsən..
- ulan, ofise mi sipariş versek acaba? ne derseniz!
- yerim!
- bu günə başqa menü var axı..
- lanet olsun içimdeki spaghetti sevgisine!

Woman & Smoking #1

Yeter lan!

akıl verme ak!
huzur ver..

No more sorrow

"...
I've paid for your mistakes
Your time is borrowed
Your time has come to be replaced!"

Start A Revolution

Nonsens

Məni bağışlayın..

Özüm özümü bağışlaya bilmirəm çünki..

Buralara çox yad hiss edirəm..

Atamı anamı belə sevə bilmirəm artıq.

***

Nifrət dolub içimə.

Heç sevgili də istəmirəm.

Onsuz hamısı başı boş qızlardı.

***

Eqo düşkünüyəm. Sizinlə oxşar cəhətim təkcə budu.

Başıbağlı, balağı kəsiklərin dininə də inanmım qalmayıb.

Şeytanla müqavilə imzalamışam sanki.

***

Söyürəm hər gün.

Bu yazını oxuyanlardan tutmuş əlifbadan xəbəri olmayanlara qədər.

Özümü isə daha çox söyürəm.

***

Allahdan yeni tale istəyirəm.

Güzgüdə alnıma baxdım bəyənmədim ordakı yazını.

***

Gülürəm hər gün.

Problemlərdən, sui-qəsddən danışan 15 yaşlı uşaqlara.

3 günlük aclıqdan sonra tarakan yeyən yetimçələrə də.

Bizə gülürəm.

Sizə gülürəm.

Onlara gülmək istəyəndə ağlayıram.

***

Şizofrenik fikirlərimi işə salıram:

Güzgü, mən və ülgüç.

Saqqalımı yox kapilyarlarımı ayırmaq istəyirəm bədəndən.

***

Bu gün nəşənin də dadına baxdım,

Çox fərqlənmir siqaretdən.

Niyəsə beynim dumanlanır.

Ola bilər dünənki içkidən?

***

Mənim qaram dostum gileylənir öz dərisindən.

Gəl götür mənimkini.

Nə fərqi var ay axmaq dəyişməyəcəksənsə içindən?

***

Bacısı fahişə küçə uşaqları,

Özünə qlamur deyən qızın silikon dodaqları,

Sunidi gülüşü həm tatulu qaşları.

Hiphop, oldskul, nyuskul,

Tupakın vayt niqqa cocuqları,

Emo, qotika, rokerlər

Azrepperlər!

Yox bir, az-skinhed, az-baykerlər!

Anarxistlər, mazaxistlər, pedofillər!

“Deputa madre stuff”ın

T-shirtdəki çegevaraları,

Bakının təzə komunist avaraları,

Masturbativ hərəkətlərdi hamısı:

Hərəkatları, cərəyanları,

“Alma”ları, “Dalğa”ları..

***

Soruşursan hamıya nifrət hissi hardandı məndə?

Bil, yeyib ürəyimi qəlbimin qara qarğaları..

Bəs sən danış bu qədər düşkünlük qızlara hardandı səndə?

Satarsan bir gecəsinə qardaşını öpsə səni küçə xalaşkaları..

İçimdəki nifrəti töksəm bu şəhərə dayanmaz zəhər şkalaları..

Ona görə sus, danışma, əbsəm ol, kəs səsini!

Münasibətsizliliyini mükəlləfiyətə çevirdi Bakının ağ-qara kvartalları.

İndi də sarsaqlaşmış, sərsəmləşmiş insanlar üfünət iyi hopdurur beyinlərə..

***

EPİLOQ ƏVƏZİ

- Bəsdir az-ya, sus artıq..

- Bilirsən uşaqlıqda polis olmaq istəyirdim …

- Ha-ha! Ona görə indi bölmədəsən?

- … amma ona görə yox ki, polis olmaq yaxşıdır …

- Mən də kosmonavt olmaq istəmişəm. Sus də!.

- … sadəcə polislərə tapanca gəzdirməyə icazə verirlər…

- Yaxşı də, yaxşı. Sus, qoy rahat işimizi görək!

- … deyirdim ki, tapanca olsa istəmədiklərimi öldürərdim.

- Ha-ha-ha? Öldürərdin? Ha-ha! Kimi öldürərdin?

- Bu dəqiqə səni.

- Niyə məni ay axmaq?

- Çünki indi ən çox özümə nifrət edirəm…

Galatasaray 1:0 Olympiacos



since 1453
and
like 1922


NikeID


- əsalət, rəng, ayaqqabı -

Beauty


nədir o?
hey qışqırır televizor, radio!

Sumgait Trip

boz şəhər?..
yox.. sakit, hər kəs öz işiylə məşğul olur,
insanlar bir-birinin həyatına müdaxilə etmədən yaşayır..

***

- bir az da kafalar değişmeli tabii. zihniyyet devam ediyor çünki..

Dunlop Valleys

B.O.

bu gün bizdə qaldı..
vaxtiylə mən də olarda qalmışdım..

***

hanı o səmimiyyət?
hanı o mehriban baxışlar?
qardaş olmalıydıq halbu ki..

***

qız tayfası..
qız düşkünü..
qız həvəsi..

***

özünə yaxşı bax..

Come over here..

come over here.. come..
come over fucking December!..
My December..

Galatasaray vs. Coldrex

- lan 2 t-shirt, bir kapüşon, bir montla olur mu bu iş? Salak üstünü giyseydin bari..
Ha şimdi kal öle hastalıkla boğuş ak! Nolcak lan senin halin? Akıl var zeka var mantık var olum.
Öle sabahalara kadar dolaşmakla değil..
- la bi sittir git yaa..

***

Sabah erkəndən qalxırsan və Coldrex`lərin təsirini hiss etməyə başlayırsan.
Axşama doğru hər şey düzəlirmiş kimi olur.
Sonra sabah yenə qalxırsan ki, hər yerin ağrıyır..

***

Günün yeganə sevindirici xəbəri:
Galatasaray 3:0 Trabzonspor


..saldır ulaan Gasssarayy!