Nihilizmin başladığı nöqtə

HAŞİYƏ:
Hiççilik, Nihilizm veya Yokçuluk //
19. yüzyıl ortalarında Rusya'da özellikle genç entelektüel kesim arasında taraftar bulan bir felsefî yaklaşımdır. Latince nihil (hiç) sözcüğünden türetilen Nihilizm, herşeyin anlamdan ve değerden yoksun olduğunu savunan felsefi yaklaşımdır. Nihilistler genel olarak tanrının varlığını, iradenin özerkliğini, bilginin imkanı, ahlakı ve tarihin mutlu sonunu red ederler.

Нигилизм (от лат. nihil — «ничего») //
Философская позиция, которая ставит под сомнение общепринятые ценности, идеалы, моральные нормы, культуру, все формы общественной и государственной жизни. Нигилисты утверждают некоторые или все из следующих:
- нет разумного доказательства наличия высшего правителя или создателя
- «реальной нравственности» не существует
- объективная светская этика невозможна, поэтому жизнь, в определенном смысле, не имеет истины, и никакое действие объективно не предпочтительнее любого другого.

Nihilism (from the Latin nihil, nothing) //
- is a philosophical position that argues that existence is without objective meaning, purpose, or intrinsic value. Nihilists generally assert that objective morality does not exist, and that no action is logically preferable to any other in regard to the moral value of one action over another. Nihilists who argue that there is no objective morality may claim that existence has no intrinsic higher meaning or goal. They may also claim that there is no reasonable proof or argument for the existence of a higher ruler or creator, or posit that even if higher rulers or creators exist, humanity has no moral obligation to worship them.



Hərdən oturub fikirləşirsən. Ya da yolda gedəndə. Ətrafındakı insanlara baxırsan. Maşının siqnalını var gücüylə "minən", yol vermədiyi üçün sürücünün söyən, uşağının qulağından çəkib yolu keçirdən, marşurutda oturub burnunu eşən, bərbərxananın qabağında qızlardan söhbət edən, qulağındakı musiqiylə öz dünyasında olan, eyvandan baxan və s. və i. ..
Biz bu dünyaya niyə gəlmişik?
Bu çərx bizi hara aparır?
Niyə doğuluruq və yaradırıq?
Niyə məhv edirik və əfv edirik?
Niyə sevirik və söyurük?
Niyə fikirləşirik və inanırıq?
Niyə və nəyə ümid edirik?
Hardan gəlmişik və harda dayanmalıyıq?

Bəlkə bizim dayanacaq çoxdan ötüb, bizdə metroda yatıb qalmış evszilərdənik?
Bizi yaradanlar hardadı?
Niyə qəlbimiz bizi idarə edir?
Niyə içimizdəki eqolardan nifrət və qısqanclıq çıxır?
Bu dünyadakı məqsədimiz nədi?

Dindar yoxsa allahsız olmaq?
Kommunist yoxsa nasist olmaq?
İdealist yoxsa materialist?
Realist yoxsa pessimist?
Bəlkə xəyalpərəstlikdə tapılmalıdı bütün mənalar?
Hara aparır bizi başımızdakı massonlar?

Dünya iqtisadiyyatı, qloballaşma, seks, narkotik, MTV, qara prezident, Bush, terrorizm, Fürer, Lomonosov, Che və Maradona, Somali qaçqınları, Kuba narkodillerləri, Fidel Kastro və Putin, hətta Saakaşvili, Osetiya, Çeçenistan və Kataloniya, PKK və Əl-Qaidə, ANS və Əl-Cəzirə, ATV və МузТВ, Merilin Monro və Merilin Menson, PinkFloyd və TokioHotel, Emo və Vəhabilər, , reklam çarxları və maqazin jurnalları, silikon sifətlər və tikilən binalar, tozlu küçələr, transvestitlər, HOST`a pənah gətirən homoseksualistlər, semiçka satan xalalar, Yevlaxdan gələn qaraçılar, avanqardçılar və dalğaçılar, Manqo və LTB, Levi`s və Kurtlar Vadisi corabları, rusca danışmaq istəyən azərbaycanlılar, öz dilində danışmaq istəyən rus dillilər, bu forumda qızlardan PM yoluyla MSN istəyən “HOSTçu”lar, Nurçular və Anti-Nurçular, Abdullah Gülen və Barack Obama, mənimlə tanış olmaq istəyən qızlar və əsl adımı tapa bilməyənlər, adsızlar və arsızlar, işıq ili, təyyarə və raket, kosmos və qalaktika, ondan da yuxarıda Qara Deşik... bəs sonra ?

Sonra nə var?
Nəyi dərk edə bilmirik axı?
Niyə beynimizin heç 5%-i də işləmir?
Niyə mələklər yerə enmir?
Niyə fahişəni söyənlər ona 50 manat verir?

Hanı bu sualların cavabı? Allah niyə gizlədir ki, yolladığı kitablardakı səhvləri?
Bəsdir artıq.. Dözə bilmirəm.

Nə iPod istəyirəm, nə MacBook, nə qız istəyirəm, nə Lexus, nə də öz reklam bürom olsun, nə taxtabaş qohumlarım, nə özündənrazı dostlarım, Altes Plazada üç otaqlı mənzil də istəmirəm, Nike da maraqlı deyil, Coca-Cola`da, nə bahalı ətirlər, nə bahalı restoranda yeməklər, nə başqa ölkələr, nə internet, nə MSN, nə də bloq yazmaq.

Kaş dağ başında yaşayan cahil bir çoban olaydım.
Televizorsuz, tüfəngsiz, ekeltriksiz, ADSL`siz, seriallarsız, dollarsız, avrosuz, AZN`siz...
Yuxarıdakı suallardan xəbərsiz, sadəlövh və gülərüz.
Heç olmasa məni otarmazdılar qoyun kimi, mən otarardım qoyunlarımı.


0 comments: