Yenə Tək

Səni çəkdim göz yaşımla ağ vərəqlərdə,
Günəşimi qaytar sevgilim!
Dalğalar dalaşır yenə küləklərlə,
Yol uzun, gücüm az, ev uzaq, hava buz.
Üfüqüm bəzənir qara şəfəqlərlə,
Ovucumda yaralı keçmişim.
Bir gecə uçacam qara qanadlarla,
Gedəcəm qalacaq nə izim, nə tozum!
Məni qızdır titriyən əllərində,
Anasından küsmüş uşaq kimi.

Ağlıyım bir az, ağlıyım.
Başımı qoyum dizlərinə,
Olsun döşək kimi.
Zəhərəm şirin etməz bal məni,
Sevgilim gedirəm yola səl məni!
Bir gecə xatirə rəflərində unudub özünü,
Yada sal məni!
Süzülür ruhuma yenə sərin payız,
Gölməçə beşiyim, bələyim xəzan.
Həyatım ocağa atılan kağız,
Sən mənim günahım mən sənin cəzan!..
Gəmilər öskürürdü tüstülərlə,
Bu gecə yenə tək qalıb Qaraqan..

Məni sevdir, sənə sevdir!
Həyat onsuz da bizsiz də çox kədərlidir!
Sevirəm de mənə yalandan,
Mən də sevirəm deyəcəm yalandan!


Ruhum isinərdi görəndə üzünü,
Əriyərdim dözümsüz şam kimi.
Yağışlar yağanda, damlalar ilə
Elə bil yaxın dost olmuşam kimi.
Sevgin minmədi qara qatarlara,
Qaldım qatarda tənha sərnişin.
Əl isinmədi sənin soyuq əllərində,
Amma istəmirdim başqa əldə isinsin!
Yağ quru həyatıma leysan kimi,
Quru gəlibsə qupquru getməsin.
Yağ qara sevgimə bəyaz qar kimi,
Qara gəlibsə qapqara getməsin!
Mənsiz həyat olar sənə bir az dar kimi.
İstiyirəm sevgi göz yaşıyla itməsin.
Ağla mənim üçün o biri qızlar kimi,
Sevgim çoxalsın göz yaşıyla bitməsin!

Tökülür üzümə yenə sərin yağış,
Buludlar günahsız, küləklər coşan!
Ümidlər həyata edilən qarğış,
Sən mənim ilhamım, mən şeir qoşan.
Hisslərim qışqırırdı kağızlardan,
Onlardı bağıran ErranT susan..

Məni sevdir, sənə sevdir!
Həyat onsuz da bizsiz də bil ki çox kədərlidir!
Sevirəm de mənə yalandan,
Bir gün xoşbəxt olaq yalandan!

0 comments: