- Saat 11-də qalxmaq cəhdləri adamı lap pis günə qoyur. Bu bir tərəfə, işə gedib ofisin qapısının bağlı olduğunu görmək isə adamı lap dəli edir. Sonra bazar günü olduğunu və təqvimə səhv baxdığını görəndə öz özümə deyirəm "İlahi mən nə qədər "tupoy" ola bilərəm?!"
- Son günlər ümumiyyətlə "filmkolik", "TVkolik", "dizikolik" olmuşam. Hər halda otaqda yaşamaq buna deyirlər. Elə bəlkə də bundandır tutulmuş beyinli narkomanar kimi şizofrenik hərəkətlər etməyim?
- Bayramı da tək qarşılamaq! Tüh! Allah bəlası versin ağlımdakıların. Ən sevdiyin bayramı, yeni ili tənhalıqda qarşılamaq... Bəlkə də tək qalıb düşünmək üçün əla şərait idi?
- Az qalıb sabah, birsigün doluşacaqlar. Bayquşluğa son! Yaşasın kollektiv yaşam tərzi.. Brrrrrrr.
No`ruz
Posted by
az-ya
on 3/25/08
Labels:
İÇİM
0 comments:
Post a Comment