KISS qrupu haqda ilk dəfə hələ Odessada olanda, 13-14 yaşlarımda, qonşumuz Dyadya Seryoja`dan eşitmişdim. Bir jurnalda şəkillərini görüb maraqlanmışdım. Məndən, üzlərini əcaib şəkillərə salan qrup üzvlərinə neçə yaş verdiyimi soruşmuşdu. Yadımnan çıxıb neçə demişdim, amma yüz faiz bilirəm ki, səhv demişdim:
"Onlar 70-ci illərdən bəri fəaliyyətdədirlər. Adamların 50-60 yaşı var artıq. Sadəcə üzlərini maskalı saxlayırlar. Çox məşhur rok-qrupdu. Ehhh.. Bizim cavanlığımız bunlara qulaq asmaqla keçib. Təsəvvür edəndə ki, indi gənclərdə buna qulaq asır, KISS`ə hörmətim daha da artır... "Şəkil iş yerimizin binasındadı. Şəhə mərkəzinin köhnə yaşayış binlarındandı. O "KISS" sözünü ora yazanların indi kifayət qədər yaşı var hərhalda. Ona da əminəm ki, milliyətcə bizimkilərdən deyillər..
0 comments:
Post a Comment