Bir şeylər yazasıyam yaza bilmirəm,
hər gün bloga söz verib tuta bilmirəm.
Oxumağınız burda nələrisə maraqlı deyil, sadəcə içimdəkiləri boşaltmaq istəyirəm.
Dəli kimiyəm. Başım yerində deyil. 7/24 iş qrafikinə tab gətirə bilmir beyin.
Gecələri vaz keçə bilmədiyim adət halını halmış vəziyyətim də ola bilməz səbəb.
Filmlərdəki kimiyəm. Partlamağa az qalmış saatlı bomba kimiyəm. Ölmək üzrə sıldırımdan atlayan canavar kimiyəm. Təklənmək fobiyasıyla üzbəüz. Bütün qorxularını basdırmış insanın ümidlərnin dirilməsi təlaşındayam. Yağış kimiyəm, qar kimiyəm, yersiz külək kimiyəm, ölümü gözləyən şikəst kimi, dondurması əlindən alınan uşaq kimi, aldadılmış bir kəs kimi...
Qışqırmaq istəyirəm. Susmaq. Sonra yenə qışqırmaq.
0 comments:
Post a Comment