amatör ruh ulan!

İki dəfə Shift+Alt və yeni yazı.

Görəsən özümə danışıb yazmadığım fikirləri klaviaturanın üstünə töksəm nə olardı?

Qəzetdə yazı yazanda məni ən çox Baş Redaktorun fikri maraqlandırırdı. Çünki gələn təpkilərlə bir başa qarşılaşmırdım. Bəlkə hardasa kimsə məni söyürdü. Kimsə əhsən deyirdi o köşə yazısındakı fikirlərə görə. Xeyli rahat idim. Əslində hamı kimi məndə minlərlə insana açılan bir dəhlizdən istifadə etdiyimi yaxşı başa düşür, ona görə yazırdım.

Məsuliyyət. Bu hiss insana çox gərəklidi. Amma yazıdakı sərhədsizlik bacarıq sərhədsizliyini də bərabərində gətirdiyi  üçün, yazar məsuliyyətdən azad olmalıdı.

İctimai qınaq. Azərbaycan kimi bir ölkədə ən nifrət etidiyim şeylərdən biridi bu. Əslində hər yerdə var. İnsanlar sənin subyektiv  fikrinə obyektiv yanaşmır, obyektiv fikrini isə subyektivliklə günahlandırır.

İndi isə bura qədər yazdıqlarımı yaddan çıxarın. Demək istədiyim odur ki, çalışın bütün işlərinizi həvəskar ruhla – məsuliyyət və peşə tələblərindən azad yaradasız. Öz təcrübəmə əsaslanıb əminliklə deyə bilərəm ki, ən gözəl yaradıclıq məhsulları məhz bu cür yaranır. Tam azad və sərhədsiz fikirlər toplusundan.

0 comments: