Mənim mübarizəm - nə qədər dözə bilir bu dizlər ?!
Bir gün geriyə çevrilib arxamda heç kimin qalmadığı günü görəcəm.
Buna əminəm. Bütün ümid və arzularımın məni bir yerə gətirməyəcəyini bilirəm.
Boş və lazımsız arzuları yığını. Hər gün zibil qabına atılan istək partlayışları.
Hər gün əsəb sessiyaları və milyonlarla ölü hüceyrə..
Yorğunluq, bezginlik, monotonluq..
Yazıb boşalmaq / rahatlaşmaq cəhdləri. Yazmayıb özümdən acıq çıxmaq istəyi.
Başı boş insanlar, eqoistlər və düşüklər. Tüpürcəkli sifətlər, marionet qızlar və telepuzik oğlanlar.
İlahi varlıqlar da yoxdu. Aldadıblar məni.
Mələklər, şeytanlar.. əcinnələr..
Hamısı insanardı..
1 comments:
Menim icim...
Post a Comment