Viva La Evoluçion!

18$ @ BustedTees

looks like: Vebzin

tualet

tuvalet lan burası!

Nihilizmin başladığı nöqtə

HAŞİYƏ:
Hiççilik, Nihilizm veya Yokçuluk //
19. yüzyıl ortalarında Rusya'da özellikle genç entelektüel kesim arasında taraftar bulan bir felsefî yaklaşımdır. Latince nihil (hiç) sözcüğünden türetilen Nihilizm, herşeyin anlamdan ve değerden yoksun olduğunu savunan felsefi yaklaşımdır. Nihilistler genel olarak tanrının varlığını, iradenin özerkliğini, bilginin imkanı, ahlakı ve tarihin mutlu sonunu red ederler.

Нигилизм (от лат. nihil — «ничего») //
Философская позиция, которая ставит под сомнение общепринятые ценности, идеалы, моральные нормы, культуру, все формы общественной и государственной жизни. Нигилисты утверждают некоторые или все из следующих:
- нет разумного доказательства наличия высшего правителя или создателя
- «реальной нравственности» не существует
- объективная светская этика невозможна, поэтому жизнь, в определенном смысле, не имеет истины, и никакое действие объективно не предпочтительнее любого другого.

Nihilism (from the Latin nihil, nothing) //
- is a philosophical position that argues that existence is without objective meaning, purpose, or intrinsic value. Nihilists generally assert that objective morality does not exist, and that no action is logically preferable to any other in regard to the moral value of one action over another. Nihilists who argue that there is no objective morality may claim that existence has no intrinsic higher meaning or goal. They may also claim that there is no reasonable proof or argument for the existence of a higher ruler or creator, or posit that even if higher rulers or creators exist, humanity has no moral obligation to worship them.



Hərdən oturub fikirləşirsən. Ya da yolda gedəndə. Ətrafındakı insanlara baxırsan. Maşının siqnalını var gücüylə "minən", yol vermədiyi üçün sürücünün söyən, uşağının qulağından çəkib yolu keçirdən, marşurutda oturub burnunu eşən, bərbərxananın qabağında qızlardan söhbət edən, qulağındakı musiqiylə öz dünyasında olan, eyvandan baxan və s. və i. ..
Biz bu dünyaya niyə gəlmişik?
Bu çərx bizi hara aparır?
Niyə doğuluruq və yaradırıq?
Niyə məhv edirik və əfv edirik?
Niyə sevirik və söyurük?
Niyə fikirləşirik və inanırıq?
Niyə və nəyə ümid edirik?
Hardan gəlmişik və harda dayanmalıyıq?

Bəlkə bizim dayanacaq çoxdan ötüb, bizdə metroda yatıb qalmış evszilərdənik?
Bizi yaradanlar hardadı?
Niyə qəlbimiz bizi idarə edir?
Niyə içimizdəki eqolardan nifrət və qısqanclıq çıxır?
Bu dünyadakı məqsədimiz nədi?

Dindar yoxsa allahsız olmaq?
Kommunist yoxsa nasist olmaq?
İdealist yoxsa materialist?
Realist yoxsa pessimist?
Bəlkə xəyalpərəstlikdə tapılmalıdı bütün mənalar?
Hara aparır bizi başımızdakı massonlar?

Dünya iqtisadiyyatı, qloballaşma, seks, narkotik, MTV, qara prezident, Bush, terrorizm, Fürer, Lomonosov, Che və Maradona, Somali qaçqınları, Kuba narkodillerləri, Fidel Kastro və Putin, hətta Saakaşvili, Osetiya, Çeçenistan və Kataloniya, PKK və Əl-Qaidə, ANS və Əl-Cəzirə, ATV və МузТВ, Merilin Monro və Merilin Menson, PinkFloyd və TokioHotel, Emo və Vəhabilər, , reklam çarxları və maqazin jurnalları, silikon sifətlər və tikilən binalar, tozlu küçələr, transvestitlər, HOST`a pənah gətirən homoseksualistlər, semiçka satan xalalar, Yevlaxdan gələn qaraçılar, avanqardçılar və dalğaçılar, Manqo və LTB, Levi`s və Kurtlar Vadisi corabları, rusca danışmaq istəyən azərbaycanlılar, öz dilində danışmaq istəyən rus dillilər, bu forumda qızlardan PM yoluyla MSN istəyən “HOSTçu”lar, Nurçular və Anti-Nurçular, Abdullah Gülen və Barack Obama, mənimlə tanış olmaq istəyən qızlar və əsl adımı tapa bilməyənlər, adsızlar və arsızlar, işıq ili, təyyarə və raket, kosmos və qalaktika, ondan da yuxarıda Qara Deşik... bəs sonra ?

Sonra nə var?
Nəyi dərk edə bilmirik axı?
Niyə beynimizin heç 5%-i də işləmir?
Niyə mələklər yerə enmir?
Niyə fahişəni söyənlər ona 50 manat verir?

Hanı bu sualların cavabı? Allah niyə gizlədir ki, yolladığı kitablardakı səhvləri?
Bəsdir artıq.. Dözə bilmirəm.

Nə iPod istəyirəm, nə MacBook, nə qız istəyirəm, nə Lexus, nə də öz reklam bürom olsun, nə taxtabaş qohumlarım, nə özündənrazı dostlarım, Altes Plazada üç otaqlı mənzil də istəmirəm, Nike da maraqlı deyil, Coca-Cola`da, nə bahalı ətirlər, nə bahalı restoranda yeməklər, nə başqa ölkələr, nə internet, nə MSN, nə də bloq yazmaq.

Kaş dağ başında yaşayan cahil bir çoban olaydım.
Televizorsuz, tüfəngsiz, ekeltriksiz, ADSL`siz, seriallarsız, dollarsız, avrosuz, AZN`siz...
Yuxarıdakı suallardan xəbərsiz, sadəlövh və gülərüz.
Heç olmasa məni otarmazdılar qoyun kimi, mən otarardım qoyunlarımı.


sokak edebiyyatı

gelcem deyip gelmeyenler hakkında polise suç duyurusunda bulunulacaktır.

a

21$ @ Ugmonk

sevirəm tipoqrafiyanı!
i love typography!

Həryerdəliyevlər

by zoban r

Türkiyə / Kireçburnu

Eternal Sunshine of the Spotless Mind


Dalaşırsan, qırışırsan, didişirsən, boğuşursan,
söyürsən, bezirsən, atırsan, ayılırsan və
həyatından kəsib atırsan.
Həyatımdan kəsib atmaq istədiyim insanlar var.
Amma onunla yaşadığım o xatirələri bir daha yaşamaq
naminə olsa belə yuxarıda sadalananları da bir daha yaşamağa
hazıram...

Bəlkə də hər şeyin gözəliyi elə budu.
Bəlkə də yaşananların hamısı, yaşanacaqlardı elə.

Uşaqlıqda ən sevdiyim aktyorun yenidən
mənə bu qədər təsir edəcəyini düşünməmişdim.
Cim Kerri - melodramma.
İnanılmazdı, amma superdi.
Eternal Sunshine of the Spotless Mind.
Heyif ki gec baxdım.

External Link: » IMDb Profile


Obbuş

Usta says: Obban alə!

London

Hərdən başını götürüb getmək istəyi yaranır.

Üç-dörd həftədir tanıdığın bir qızla harasa Avropaya.. İngiltərə, ya da oralara bir yerə.. Mmm.. Londona məsəlçün, qaçmaq istəyirsən. Səni qəfəsdə saxlayıb, əl qolunu bağlayan bu cəmiyyətdən və ölkədən sürgün/mühacir/qaçqın/köçkün olmaq istəyirsən. Heç arxana belə baxmaq istəmirsən. Nə anan, nə qardaşın, nə bacın, nə dostların, nə də vaxtilə sevdiyin qız, nə də ki başladığın iş/məşğuliyyət/planlar səni ayırmaq istəmir bu fikirlərindən..

Köçmək istəyirsən birdəfəlik. Gedib lap ortabab britaniya ailəsindən biri belə olmağa razısan. Bilirsən ki, getsən belə 10 il sonra reklam bürolarından birindən cansıxıcı büro işində ayılacaqsan ki, artıq iki uşağın və onların tərbiyəsinə özünü həddən artıq aludə etmiş arvadın işdən sonra sənə köynəynin çirkli olduğunu, özününsə çimməli olduğunu deyir. Və sən həmişə lançdan sonra, eləcə də işdən çıxan kimi, Maykl, Con ya da Smitlə - güya ki sənə artıq yeni dost olan bu adamlarla pub`lardan birində oturub pivə içirsən və yerli komandanın iki gün əvvəlki oyununu müzakirə edirsən. Oradan da tipik avropalı maşınlarından biriylə - park etməsi rahat, balaca və ailə maşını adını qazanmış, Ford, Volvo ya da Mercedes`lə evə qayıdırsan. Evdə sənin danışdığın Azərbaycan ləhcəsi, məktəbdə isə içi fuck və shit`lərlə dolu olan British English`i əla mənimsəmiş oğlun və balaca qızın var. Onların sənin uşaqlığından xeyli fərqli hərəkətləri/danışıqları/sualları səni bir anlıq geriyə qaytarır. Vaxtilə atıb gəldiyin ölkəni illərdi yadına salmadığın valideyinlərini/qohumlarını görürsən o uşaqlarda. Adını Vətən qoyub, borclu hesab etdiyin yerin ətri çəkir səni geriyə. Qayıtmaq istəyirsən. Bilirsən ki heç nə dəyişməyib. Nə insanları, nə heyvanları. Sadəcə uşaqlıqda qardaşı üçün darıxan və milçək olub bir gözlə olsa belə uzaqdan seyr etmək istəyən cocuğa dönürsən. İçindəki nostlaji hissləri daim yaşamaq istədiyin Avropa dejavüsünü çoxdan üstələdiyini dərk edirsən.

Sən Avropalı doğulmadığını anlayırsan. Sənin torpağa nə qədər bağlı olduğun yadına düşür.

Köçəri millətin məmləkətsevər insanı. İnsancığı. İtirmək və itirilmək qorxusundan heç vaxt azad olmayan. Üsyanları daim özünə yönələn bir asi könül xəstəsi. Sən son Heineken`i də başına çəkib, uşaqlarının başını tumarlayırsan. Güzgünün qarşısına keçəndə isə artıq orta yaşlı, qarınlı, üzü köklük və oturaqlıqdan çəhrayı rəngə çalan, saçları ağarmış, cins və köynəkdə bir kişi görürsən. Gülürsən ona. Düşünürsən ki, bu sənin xəyaledəbiləcyin adamdı əslində.

Ən çox bezdiyin günlərdə olmağına razılıq verdiyin insan tipajıdı. O an 7 yaşında havasını udduğun dağların sərt küləyi əsir qulağına. İçindəki hiss ürəyini yarpaq kimi titrədib, bütün tüklərini biz-biz edir. Sən ya yaşadığın hissədən, ya sevincdən, ya kədərdən, ya da darıxmış uşağın qorxusuna bənzəyən bir şeydən kövrəlməyə başlayırsan. Ayılırsan ki, pilləkənin dibində oturub ağlayarkən vaxtilə hər şeyini qəbul etidiyin qız artıq Azərbaycanlı simasından çox uzaq bir qadın olub səni “Yenə darıxdın?” sözləriylə reallığa qaytarır. Sulu gözünü silib, ona yalandan nəsə deyib, keçirsən yataq otağına. Yatana qədər eyni şeyi fikirləşib, sənlə eyni yatağa baş qoyan bu qadının suallarına dəxilsiz cavablar verib yuxuya gedirsən. Və yuxunda qaçdığın günə qayıdırsan. Ayılmaq istəmirsən.

Ancaq ayılıb baxırsan ki, saat 03:05`də bitirdiyin bu mətn, Dido`nun mahnıları altında Vörd səhifəsinə köçürdüyün hisslərdən başqa bir şey deyil.

Siqaret çəkib yatmağa qərar verirsən.

External Link: » London

PMML! v.2


Море
обнимет
закопает в пески
Закинут рыболовы лески
Поймают в сети наши души

Прости Меня Моя Любовь!

Поздно
о чем-то думать
слишком поздно
Тебе я чую нужен воздух
Лежим в такой огромной луже

Прости Меня Моя Любовь!

Джинсы
воды набрали
и прилипли
Мне кажется мы крепко влипли
Мне кажется потухло солнце

Прости Меня Моя Любовь!

Тихо
не слышно ни часов
ни чаек
Послушно сердце выключаем
И ты в песке как будто в бронзе

Прости Меня Моя Любовь!

Beauty #2


Hər bir gözəl qadının arxasında
mütləq kişi amili durur.

CS4

Test:
1, 2..
Drop Shadow..
Text..
Lasso Tool..
You know, wht da fuck?

Sabun

Çağdaş dövrün çağdaş sabunlarını qəbul edə bilmirəm.
Nədənsə həm işdə, həm də dostumu bizə evə hədiyyə
gətirdiyi maye sabundan diksinirəm.
Bəlkə də konservativ xaraketrimdən irəli gəlir,
Amma normal/bildiyimiz/həmişəki sabunun yerini
heç nə verə bilmir.
Şampunvari sabunlara son!

MY DCMBR # 1

i dont want any girl hurt me
i dont want any girl to love me
i dont want somebody to come on to
i dont want any girl left me
come on my dear..
come over my december..

hər dəfə səni 12 ay gözləmişəm..
məni tərk edənləri yox, hər dəfə sənin üçün darxımışam..
ayrılımağımı unutdum,
sənin gələcəyin günü gözləyirəm..

Note # 1

No Age, No Limits!

Derby ?

"Fənər" udmadı,
"Qalatasaray" uduzdu..
Sami Yen`de görüşürüz,
Siz küme düşmeyin de...

Woman & Smoking #4

Britaniyalı qadınların özünəxas xarakterləri arasında
siqaret çəkmə və pivə içmək də var.
Amerikalılardan fərqli olaraq pivə içmək
onların qarın nahiyəsinə o qədər də təsir etmir.
Hər halda, onların geyim tərzi də,
hərəkətləri də "elitte miss" tipajından çox fərqlənir.
Sadə və gözəl.

Space TV

" kor xoşbəxtlər "cənnət"inizə qara qarğalar gəlir!"

Benfica 0:2 Galatasaray

Benfica`yı boşver sen,
9 Kasım`da zafer yaşat bize!

Recycle Me

from uneetee

Woman & Smoking #3




original from jfraiss

Əynində diqqət çəkici rəngdə don,
bir əlində çətir, bir əlində siqaret,
dik daban ayaqqabılar,
və böyük çantayla
özündənrazı addımlar.
+ yağış

Qadın obrazını bu auradan başqa
heç nə bu qədər gözəl izah edə bilməz..


Rebel #1

back! back! back! back! back! back!
уйди я сказал!
ну уйди, ну..

Wink

bir az sağa, bir as sola..
hə bax beləə..

Session

- Sağa bax.. Bir az aşağı..
- İndi göz vur, bir az sola..
- Emosiya! Emosiya!..
- Təbiilik! Gül!.. Ay sağol..
- Arxa fon necədi?
- İşıqlandırmada problem var deyəsən?
- Sarı uyğun gəlir? Bəs sırğaları necədi?
- Sənin rəngin uyğun gəmir elə bil?
- Bir az dincəlirik...

Fotosessiyanın da öz problemləri var.

ГREX

dözə bilmədim yoxsa nə?
istədim yoxsa nə?
qorxdum yoxsa nə?
mudlo alnuno nəm amma mərimlib

Küçələr #5

original by autumnpoem

Woman & Smoking #2

original by Pensiero


Qadınların bu cür siqaret çəkməsini çox sevirəm.
İki əsas barmağın ən üst hissəsinə bərkidilən siqaret
onların daha eleqant və nəcib görünməsinə şərait yaradır.
Ecazkar bir görünüş alınır.
XX əsrin əsas dəb tərzlərindən biri.

Kirlenmek güzeldir

Mud run by cjbreil

Galatasaray 3:1 Gaziantepspor

ulan Galatasaray sende bir iş var
ama bakalım ne?