PMML!

İllərlə yaranan vərdişi tərgizənlərə inanmırdım..
Hər gün yaşadığın arzunun bu qədər adiləşə biləcəyini başa düşməmişdim...
Hər şeyin bu qədər bəsit olduğunu düşünmürdüm...
Monaxın içindəki din sevgisinin nə vaxtsa azalacağını eşitməmişdim...
Qarğanın cəmi 23 yaşda qocaldığını heç görməmişdim...
Özümə bu qədər inanmadığımı bilmirdim...
İnamsızlığımın məni yıxa biləcəyini fikirləşməmişdim...
Özüm özümü aldatdığım ağlıma belə gəlməmişdi...

İndi böyük dalğalar yaradan külək, mən, bir də dəniz var. Sən yoxsan. Anladım ki, sən heç vaxt da olmayacaqsan. Heç vaxt mənə gözlərinlə cavab verən sən olmayacaqsan. Sən sən olmayacaqsan. Səninlə də mən olmayacam. Bəsdir özümü aldatdım. Səni də. Tərk edirəm bu sahili. Elə səni də..
PMML! (Прости Меня Моя Любовь)

0 comments: