Son beş ildə yaşadıqlarım və hardan haraya gəlməyim haqda özlüyümdə bir çox təhlillər gedir. Çox danışıram bəzən özümlə bu haqda. Yaşanları xatırlayıram. Dərs çıxarmaq, dərs almaq, yoxsa dərs vermək haqda fikirləşirəm bəzən. Nə dərs çıxarcaq qədər balacayam, nə dərs alacaq qədər yetkin, nə də dərs verəcək qədər qoca...
Çox qəribədi içimdəki hisslər. Birinə inanıb, inanmadıqlarına görə özünü inanmırsanmış kimi göstərmək kimi. Özün özünü aldadırsanmış kimi. Ya da başqasını aldadıb bunu məharətlə gizlətdikdən sonra içində yaşadığı hiss.. Vicdanla baş-başa qalmaq.. Danışmaq, danışmaq, danışmaq..
Keçmişi - hərçənd hər nə qədər keçmişdi bilmirəm - yada salıb, çox fikirləşirəm. İstədiyim qıza xəyanət etmiş kimi duyğularım var ona qarşı. Son beş ildə yaşananlara qarşı. Axı onlara hörmətlə yanaşmalıydım. Unutmamalıydım sanki. Yaddaşımın bir hissəsində toz basdı onları. Evimizin damında toz basan uşaqlıq kitablarım kimi. Unutuldular...
Görəsən, bəzən hamıdan aralanıb dama qalxıb oxuduğum və mənə küskün baxışlarla baxan o kitablar kimi, bu xatirələrimi də bağrıma basacam mı nə vaxtsa?..
"Masamdaki resimler, bir eski filme döndüler
Her gün aynı sahneler, içinde kendimiz
Küçük mutluluklar, çok eski hatıralar içindeyiz.."
1 comments:
həyatımda özümə bu qədər yaxın hiss elədiyim ikinci bir mətn oxumamışdım.
sanki söhbət məndən gedirdi. məndən.
tüklərim ürpərdi.. necə ola bilər axı?
bilmirəm, bəlkədə oxumaq istədiymi oxudum, düşünmək istədiymi düşündüm və yozmaq istədiymi yozdum..
Yenədə sağol.
Nə məqsədlə yazmısan bilmirəm amma sağol.
Post a Comment