Stop

İnsanları ölçüb, biçib nəyə layiq olduqlarını yaxşı anlaya biləcəyimiz bir üsul var. Sadəcə onlara problemlərinizdən danışın. Ki, kimin sənə həqiqətən kömək etməyə hazır olduğunu, kimin sadəcə artistlik etdiyini, kiminsə heç vecinə almadığını görəcəksiniz. Bütün bunları başa düşmək üçün ekstrasens olmağa ehtiyac yoxdu. Onların hərəkətləri, gözləri, dili topuq vuran danışıqları hər şeyi gün kimi aydın edəcək...
Hər münasibətin bir çərçivəsi var. Hər dostluğun, hər sevginin, hər hörmətin bir limiti. Bu limitə çatmamaq məsləhətdir. "Son sürət"ə basanda maskalar düşür. O maskaların düşməsi hamıdan çox elə özümüzü pis vəziyyətə salır.
O anda, özümü ömrünü komunizmə həsr etmiş bir insanın SSRİ`nin dağılmasıyla barışa bilmədiyi anda yaşadıqlarıyla müqayisə edə bilərəm. Ya da fikirlərimi alt-üst edən, həyatım boyu düzgünlüyünə inandığım ideanı məhv edən kitabı oxumaq kimi...
Limit yaxşı şeydi. Çalışın hisslərinizin Yol Polisinə yaxalanmayın.
NEED
N'T FOR SPEED!

0 comments: