Hacıkənd

Bakının mərkəzində "sarıııı-qırmızııı!" sədalarının yüksəldiyi tarixdən bir gün qabaq idi. Artıq bir daha avtobusla heç hara getməyəcəyimə dəqiq qərar vermişdim. Təxminlərim düz çıxsa da, bu qədər geçikməni gözləmirdim. Cəmi 4 saata qət edə biləcək məsafəyə iki qat gec yetişmək adamı bəlkə də dəli etməzdi. O xarab yollar və avtobusdakı o "astanovka" mahnıları olmasaydı..


Saat 04:23.. Eminbəyli küçəsi.

...Telefon zənginə ayılanda artıq bir xeyli dincəlmişdim. Qalxmaq vaxtı idi. 8 ilə yaxın idi dağda olmurdum. Oranı görməyə dəyəcəkdi. Amma əvvəlcə şəhərə baxmalıydım. Şahsevənlərdəki mescidi yeniləyirdilər, restavrasiya dediyimiz məsələ. Həmişə yanından keçinəvahiməyə düşdüyüm təcridxananı da gördüm. Bura "zona" deyildi, amma qapısında duran adamların tutqun baxışları və ən əsası ölü səssizlik insana "Allah uzaq eləsin" deməyə məcbur edirdi. Şah Abbas Məscidini də yoxladım. Yerindəydi. Çökək Hamam da. Bir də yeni otel tikirlərmiş. Beş ulduzlu. Güya. Olimpiya Kompleksinin yanında. Görək nə cür bir şey olacaq..


şəhər havası.. bi` git be Allahın belası!

Bazardan bir-iki əlavə şeylər də alıb, "RedBull" və bir çaxırla "silahlandıqdan" sonra Xanlara getdik. Kazım artıq maşını hazırlamışdı. Havanın tutquluğu bir qram da olsa əhvala təsir etməsə də, arada bir "bir azca gün çıxsa" həvəsli sözlər gözümü yuxarı qaldırmağa məcbur edirdi.


Hacıkənddə villası, çok çaplı arabasıı...

Dağ havası üçün nə qədər darıxdığımı, artıq meşənin içinə girəndə başa düşdüm. Quşların səsindən başqa heç nə eşitmək mümkün deyildi. Bir də aşağıdakı çayın şırıltısı əla harmoniya yaradırdı. İndi təkcə qalırdı burda manqal işini həll edib, kabab, soyutma və toyuq qızartmasını aşırtmaq...


yaşıl meşəli, ömrü nəşəli..


lülə də olsun, tikə də olsun


axan çaylara bax..


meşədə bir Qalatasaraylı..


lost?..

... Bütün bunlardan sonra adam heç oranı tərk etmək istəmir.
Məcbur olursan. Qatara minməyə, qatarda tanımadığın bir insanın boş-boş söhbətlərinə, sabah səhər tezdən yenə "ostonovka" mahnılarına qalxıb, universitetə getməyə, ən nifrət etdiyin fəndən imtahan verməyə...


bağla də, bu zibili!..

Ardından müəllimin sənə "5" aldığını deməsi isə, belə bir istirahətə nə qədər ehtiyacın olduğunu göstərir.

0 comments: