QaraŞirə


- Hardasan?
- Sən hardasan?
- Yevrey kimi sualıma sualnan cavab vermə! De görüm hardasan?
- Evin yanında. Mağaza tərəfdə..
- Hə gəlirəm orda ol.
- Mağazanın qabağında gözləyirəm.
- 15 dq. ordayam..
***
... İçmək, kefli olmaq, ağzına gələni danışmaqdan zəhləm gedir. Amma Əlixan`ın çaxır içmək təklifini geri çevirə bilmədim. Onsuz o da, mən də ayda-ildə birdə içən adamlarıq. Mağazanın qabağında düşəndə, məni gözləyirdi. Tez bir şeylər alıb, qalxdıq evə.
Yemək bişirməyə həvəsim son vaxtlar daha çox artıb. Üstəlik Əlixan da bu işin ustasıdı. Tez toyuğu və kartofları hazırlayıb başladıq işə.

Bir az çox qızartdıq. Məndən olsa göbələk də qatardıq menüyə, amma "taa bu qədər də yox də!" cavabını alıb. Salatı hazırladım. Satıcı dedi Gəncə xiyarıdı, hər halda aldatmazdı. Gəncəli olduğumu bilmirdi axı. Pamidoru da düzdüm, çox saylı təkidlərdən sonra soğan da əlavə eləmi oldum. Amma pis alınmadı.

Hər şey hazır olmuşdu. Bəh-bəh! Amma yenə də çox qızartdıq. Açığı gözlədiyimdəm daha qəşən bişmişdi.

Qaraşirə o qədər də məşhur və tövsiyyə olunan bir çaxır deyildi. Amma "GəncəŞərab" olması hər şeyin üstündən xətt çəkirdi. Üstəlik, toyuqla da əla getdi. Çoxdandı Əlixan`la belə səmimi söhbət eləməmişdik.

- Sabah gitara dərsim var. Bilirsən kimin yanına gedəcəm?
- Hə.. Beatles`ın..
- Hahahaaay!
- Eeey.. Unformal`ın..
- Unformal`ın yox, Unformal`dakı Fəridə`nin.. Hahaha..
- Hərnəysə..
- Hihihi..

Çaxır Əlixan`a öz təsirini göstərmişdi..

0 comments: