Punk`s not dead!


istədiyin yerə getmək, istədiyini yemək, istədiyini etmək
Punk həyat tərzindən gözəl nə ola bilər?
punk`s not dead!

Çoban

Sonuncu tüstünü də içimə çəkdim. Bayaqdan oturmuşdum burda. Bakının mərkəzindəki parklardan birində. Məhz burda dayanmağımın səbəbi şəhər mərkəzinə can atmağımdan deyildi. Heç Nizamiyə olan hörmətim də bura dəxli yoxuydu. Sadəcə iş yerindən düz düşüb həmin parkın üstünə çıxırdım. Niyə də olmasın? Ən azından oranı təmiz saxlayırlar. Üstəlik bir küncdə oturub gəlib keçən boş insanlara baxmağı sevirəm. Bəli, bəli boş. Bakıda barmaqla sayılacaq qədər dolu adam var. Qalanı boşdu. Birinin başı boşdu, birinin cibi. Birinin sözləri, birinin hörməti. Boş insanların boz şəhəri..
Əlqərəz. Siqareti yerə atdım. Zibil qabına atmaq istərdim, amma uzaqda idi. Qalxıb atmağa da həvəs yoxuydu. Oturdum. Bir dostuma zəng vurmalıydım. Məni axtarırdı dünən. Yaxşı şey olsa məni axtarmaz – bu fikri deyənlərə çox banal təfəkkürlü insanlar kimi yanaşıram. Amma həqiqətən məni kimsə yalnız işi düşdüyünə görə axtaranda dəli oluram.
- Oldu yazaram
- Amma fanat kimi yazma..
- ...
- .. ikinci gün səndən yazını alacam..
- .. hara verəcəksən ki?
- Ev telefonuna zəng edərsən danışarıq. Ya da axşam gəl də Nəsimi bazarına tərəf.
- Yaxşı, imkan olsa zəng edərəm görüşərik.
- Yaxşı.

Fikirləşdim. Bu özünə roker, emo deyən məxluqabənzərlər haqda. The Exploited, Ария. Görəsən mən ilk dəfə Ariaya qulaq asanda bu 14-15 yaşlı qızın neçə yaşı vardı? Fanat. Həyatımda fanatı olduğum yeganə bir varlıq varsa o da Qalatasaraydı. Mentalita Ultras. Avanti CimBom.. Eh.. Nə bilir ee, bunlar divarlarda çəkdiyim “liberta per gli ultras!”a görə İtalyada fanatların tez-tez həbs olunduğunu. Ustanın “Yarımçıq” yazısı yadıma düşdü. Görəsən mən yarımçığam, yoxsa polislərimiz? Çoxunuz polislər deyərdiz. Mən də deyərdim. Çünki bu ölkədə polisi heç kim sevmir. Ən cındır adamlar kimi baxır hamı onlara. Hərdən fikirləşirəm. Axı uşaqlıqda arzum kosmonavt olmaq olmayıb. Heç rəssam da olmaq istəməmişəm. Çəkdiyim bütün şəkillərin səbəbkarı qardaşımdı. Axı mən polis olmaq istəyirdim. İndi onlara ən çox nifrət edənlərdən biriyəm.
Bilirsən Azərbaycanda polis lazımsız məxluqlara çevrilir. Əlbəttə, kimin üçün lazımsızdı orası başqa söhbətin mövzusudu. Polislər haqda elə demək istəməzdim. Ən azından atası 25 il polis işləmiş bir adam kimi bunları yazmazdım. Amma dünyaya kor kimi baxmaq istəmirəm.
Dönüb növbəti siqareti yandırdım, artıq parkdan aralaşırdım və marşrutu gözləməyə başladım. Ən zəhləm gedən nəqliyyat vasitəsi. Amma yalnız Azərbaycanda zəhləm gedən. Sürücüylə arxadan nəsə qışqıran konduktor məni qabaqdan otuzdurdu. Qızıl dişləri, tərləmiş sifəti və məcburən göy rəngini geyməli olduğu 3 şirvanlıq köynəyi dünən axşam çox güman səliqəli ütülənsədə, artıq itin ağzından çıxmış əskiyə bənzəyirdi. Bütün dişləri qızıl və qızılabənzər metaldan olan nadir “Ə”lərdən idi.
- Ayəə! Çobaan! Neynirsəən! Çobaaan!..
Yan tərəfdəki sürücüyə belə deyəndə özümü alçaldılmış hiss elədim. Elə bil məni söyürdü. Bu insancığazın yanında nə işim vardı axı? Sonra da deyirlər niyə marşruta minmirsən…
20 qəpiyi sürücünün yanındakı döşəkcənin üstünə atıb.Laptopun qulpundan bərk yapışıb düşdüm aşağı. Akrobatik hərəkətlərlə. Çünki marşrut gedəndə özünü ayaq üstə saxlamaq çox qəliz işdi. Əvvəlcə maşının qabağından, sonra da yolu keçib yavaş-yavaş evə yaxınlaşdım. Su gəlirdi. Matoru qoşmuşdular…
Duşdan sonra həyatda nə qədər insanın başqalarını bədbin auraya saldığını düşündüm.
Tapa bilmədim..

ROCK2FAN!



çoooooooooooooox yaxında!
make ready your headbang guys..

Lazy Mood

.. bura axırıncı dəfə nə vaxt yazdığımı belə yaddan çıxarmışam.
Amma tez-tez baxıram..
Vaxt yoxdu? Həvəs yoxdu? Yazmağa mövzu yoxdu?
Var, var hamısı var..

Olacaq.. Yazacam..
Kinolar, musiqi, afişa, fest, sayt, dedi, qodu, gördü, öldü, bildi, yazdı bunu və getdiiiiii...