Unutuldular
Son beş ildə yaşadıqlarım və hardan haraya gəlməyim haqda özlüyümdə bir çox təhlillər gedir. Çox danışıram bəzən özümlə bu haqda. Yaşanları xatırlayıram. Dərs çıxarmaq, dərs almaq, yoxsa dərs vermək haqda fikirləşirəm bəzən. Nə dərs çıxarcaq qədər balacayam, nə dərs alacaq qədər yetkin, nə də dərs verəcək qədər qoca...
Çox qəribədi içimdəki hisslər. Birinə inanıb, inanmadıqlarına görə özünü inanmırsanmış kimi göstərmək kimi. Özün özünü aldadırsanmış kimi. Ya da başqasını aldadıb bunu məharətlə gizlətdikdən sonra içində yaşadığı hiss.. Vicdanla baş-başa qalmaq.. Danışmaq, danışmaq, danışmaq..
Keçmişi - hərçənd hər nə qədər keçmişdi bilmirəm - yada salıb, çox fikirləşirəm. İstədiyim qıza xəyanət etmiş kimi duyğularım var ona qarşı. Son beş ildə yaşananlara qarşı. Axı onlara hörmətlə yanaşmalıydım. Unutmamalıydım sanki. Yaddaşımın bir hissəsində toz basdı onları. Evimizin damında toz basan uşaqlıq kitablarım kimi. Unutuldular...
Görəsən, bəzən hamıdan aralanıb dama qalxıb oxuduğum və mənə küskün baxışlarla baxan o kitablar kimi, bu xatirələrimi də bağrıma basacam mı nə vaxtsa?..
"Masamdaki resimler, bir eski filme döndüler
Her gün aynı sahneler, içinde kendimiz
Küçük mutluluklar, çok eski hatıralar içindeyiz.."
king/queen of the night
designbyhumans
Hələ hazırlanır deyəsən. Səs vermə, seçmə seçdirmə, zırt pırt..
Çox güman buraxacaqlar. Əla dizayn olunub.
Artıq qərar verdim, mütləq götürməliyəm bundan.
20-25 dollar qiyməti + karqo pulu
olsun 50-60 AZN.
Gecələri yatmayana gecə t-shirt`ü gəlir..
Yappıli-dappili-dap!
Hələ hazırlanır deyəsən. Səs vermə, seçmə seçdirmə, zırt pırt..
Çox güman buraxacaqlar. Əla dizayn olunub.
Artıq qərar verdim, mütləq götürməliyəm bundan.
20-25 dollar qiyməti + karqo pulu
olsun 50-60 AZN.
Gecələri yatmayana gecə t-shirt`ü gəlir..
Yappıli-dappili-dap!
A place for my head v3
Ah, tabi ya!Ölüm ani ya!Nasıl untulur - dünya fani ya!Çekip alır üzerinden ağırlığı ya!Tek hakim var!Gül baki ya!Kolera ft Luminous Flux - Kolodelphia[yüklə]
uruscax
- извините вы русский знаете?
- ... hıh?
- вы русский знаете?
- нет не знаю..
- извините..
çoxdandı bu sözü demək istəyirdim.
lap rahatladım eee..
A place for my head v.2
Səhəri şəfəqlərlə birgə açmaq..
Soyuq duş effekti.. Soyuq duş almaq..
Adrenalini qaldırmaq..
Sağol Mete..
Son bir ildə ilk dəfə bu qədər adrenalin dalğası aldım bir anda..
.avanti
original @ =az-ya
..bazen ofiste işi gücü atıb,
balkondan karşı binaya "liberta per gli ultras!" diye bağırmakdır
ultras mantalitesi.
..bazen ofiste işi gücü atıb,
balkondan karşı binaya "liberta per gli ultras!" diye bağırmakdır
ultras mantalitesi.
A place for my head
Saat 6:11 radələri..
Səhərə oyanamamaq.. Artıq quşların ciyiltisini eşidib, pəncərədə havanın işıqlandığını görəndə səhərin açıldığının fərqinə varmaq. Bir az yorğunluq, bir az həvəssizlik, bir az paranoya.. Fotoşopda saatlarla işləyən beynin "2-cə dəqiqə imkan ver!" çırpıntıları..
Əlbəttə bir az da aclıq..
Soyuducuya hücuuumm!..
Üstündən siqaret də pis olmazdı, amma deponu 7 saatlıq iş prosesində boşaltdıq..
Səhərə oyanamamaq.. Artıq quşların ciyiltisini eşidib, pəncərədə havanın işıqlandığını görəndə səhərin açıldığının fərqinə varmaq. Bir az yorğunluq, bir az həvəssizlik, bir az paranoya.. Fotoşopda saatlarla işləyən beynin "2-cə dəqiqə imkan ver!" çırpıntıları..
Əlbəttə bir az da aclıq..
Soyuducuya hücuuumm!..
Üstündən siqaret də pis olmazdı, amma deponu 7 saatlıq iş prosesində boşaltdıq..
American History X
Dünən 3-cü dəfə izlədim. Filmin rejissor, aktyor və s. bacarığını
bir kənara atıb sırf verdiyi ideadan, təəssüratdan danışmaq daha
məqsədə uyğundu...
İdealar, idealogiyalar, ideallar.. Bunların heç biri İDEAL deyil. Heç kimə
ideal gözüylə baxmaq olmaz. Hər şeyə şübhəylə yanaşmaq,
hər şey də səhv axtarmaq, hər şeyi dərindən analiz etmək. Təhlillərindən doğru
nəticə çıxarmaq, radikallığın gətirə bilcəcəyi bir nöqtəni
qabaqcadan anlamaq...
Dalınca qaçdığınız idealogiyalarda səhv axtarmağa çalışmısız?
Giriş pulsuzdur!
Neftçi 1:0 Jerminal
Stadiona girəndə matçın başlamağına 10-15 dəqiqə qalmışdı. Polislərlə yenə problem olacağına şübhəm yox idi, ama ortada bilet olmadığından problemlərin də azalacağını düşünürdüm ki...
- Bura olmaz!
- Niyə?
- OLMAZ!
- Niyə axı?
- Yer yoxdu!
- .. sizi başa salmaq qədər çətin iş görməmişəm
- hıııh?
- ...
First Lady
from Baku magazine
Şəxsi simpatiyadan söhbət gedə bilməz.
Əcnəbilər gözəl modellərin şəkillərini qoyub bloqunu bəzəyir.
Mən də modelə ehtiyac duymadım.
Əcnəbilər gözəl modellərin şəkillərini qoyub bloqunu bəzəyir.
Mən də modelə ehtiyac duymadım.
Uni`yə girəmmədim
Deyirlər son dövlət qəbul imtahanlarında 700 (maksimal) bal toplayan olub. Ümumiyyətlə bizdə uni. qəbul imtahanlarına həmişə "olum-ölüm" prizmasından baxıblar. Öz üzərimdə də hiss etmişəm onu. Ama birinci ildən kəsilən biri kimi, 17 yaşlılara məsləhətimdi: veclərinə də almasınlar! Çünki Azərbaycan`da oxuduğunuz heç bir (eşitdiz: heç biirrr!) universitet buna layiq deyil..
Kef eləyin..
Baxın, hətta Türkiyədə bunun üçün sayt da açıblar:
http://www.ossbahane.com
Kef eləyin..
Baxın, hətta Türkiyədə bunun üçün sayt da açıblar:
http://www.ossbahane.com
Logo
Burda ən yaradıcı/kreativ 59 loqonu yayımlayıblar. Mozilla`dan başqa heç birini bəyənmədim. "Belə dəə".. Bilmirəm problem məndədi ya yox, ama nədənsə loqo haqda fikirlərim başqalarına həmişə tərs-müntənasib olur. Heç cür anlaya bimirəm digər zövqləri. Usta`yla da mübahisəmiz həmişə loqo dizaynlarında olur. Diyəsən bəzi manerlərdən əl çəkdiyim kimi, özümə xas loqo manerlərindən də əl çəkməli olacam..
Təbriz v.2
Əhmədi Necat Təbrizdə
Bir gün oralar qayıdacaq.
Bir gün orda Türk bayraqları sadəcə
Türk sərkərdələrini Bozqurd`la qarşılayacaq..
Bir gün oralar qayıdacaq.
Bir gün orda Türk bayraqları sadəcə
Türk sərkərdələrini Bozqurd`la qarşılayacaq..
Палакаты.ru
Plakatlar ən sevdiyim art-work`lərdəndi.
Plakat düzəltmə ənənəsi, qrafistlər, rəssamlar və s.
Beyinlər birləşəndə olduqca maraqlı şeylər çıxır ortaya.
Ruslar tarixi, müasir, reklam, agetassiv, kino, hərbi və s.
plakatları bir araya yığmağı bacarıb.
Könül istərki plakat.az da olsun muş, müş, miş, mış..
by: Татаринцев В.
az-ya
"Аз и Я". Oljas Süleymanov.
15 yaşımda oxuduğum kitab.
Hələ millətim kim olduğunu yeni dərk etdiyim anlar..
İlya Muromeç, Allo, İspakan..
Bir daha oxumaq istədim.
ayaq - sınıq, əzik, çatlaq ?
Tək ayaqla hoppana hoppana dördüncü mərtəbəyə qalxardım ama o liftdəki qadına pul verməzdim.
"Bura da özəl xəsətəxanadıı.." Adama deyərlər .. başına kimi!..
Əslində çox fərqli fikirdə olacaqdım. Niyə pulsuz deyil məsələn müayinə, axı demişdilər.. Elə deyilmiş.
"Bura da özəl xəsətəxanadıı.." Adama deyərlər .. başına kimi!..
Əslində çox fərqli fikirdə olacaqdım. Niyə pulsuz deyil məsələn müayinə, axı demişdilər.. Elə deyilmiş.
"- Yuxarıda oturanlar özlərini təmizə çıxarırlar. "Biz hər yeri pulsuz etmişik!" deyib bizi hamıynan üz-göz edirlər. Özləri təmiz qalır, biz isə.. Bizə nə maaş verirlər, nə də xəstəxanaya baxırlar. Hər şeyi özümüz dövriyyə edirik".
Latino
Bu rəqs növünün bu qədər çətin olduğunu heç düşünməzdim. "Qıraqdan baxana döyüş" məsələsi deyil ama orda o işi qrup şəklində kompakt və xareoqrafiyanı pozmadan edənlərə halal olsun..
Bir dahakı səfərə..
Bir dahakı səfərə..
..canını koysun!
"Yeni transferimiz hayirli ugurlu olsun!Nə deyək. Xeyirli, uğurlu olsun..Gelen ayaqlarina qurban olaq!Sender:
Armasini sevsin, basarili olsun,
canini koysun! Tebrikler olsun!"Elçin uA
Sent:
5-July-2008
01:22:17
Səhər
Səhərləri işə gecikmək bahasına da olsa sabah yeməyini çöldə yemək. Hərdən elə insanlar görüsən ki sabahları, düşünürsən ki yox mən hələ bütün insan tipajlarına rastlamamışam. Ən yaxın fastfood yerinə qaçıb oturmamış ora ilk dəfə gəldiyi sifətindən bəlli olan adamlar qarşılayır səni. Poxundan konfet tapmış kimi ırışa-ırışa ətrafa baxıb əlini ağzına tutur. Sifətinə tüpürüb çıxırsan çölə..
Hələ kirlənməmiş səhər havası, bir az külək, bir az da siqaret tüstüsü.. ciyərlərin rahatlayır..
Hələ kirlənməmiş səhər havası, bir az külək, bir az da siqaret tüstüsü.. ciyərlərin rahatlayır..
DİPLOM # 5 v.2
- Alo?
- oldu! oldu!
- Yaxşı dəəə?!
- özüm ölüüm! 4 aldım! Keçdim!
- Qadan alaram! Gözün aydın məzun oldun!..
Xəyal da diplom aldı..
- oldu! oldu!
- Yaxşı dəəə?!
- özüm ölüüm! 4 aldım! Keçdim!
- Qadan alaram! Gözün aydın məzun oldun!..
Xəyal da diplom aldı..